Sarı dişlərdən və diş daşlarından necə qurtulmaq olar? - Ucuz üsul
Ağappaq gülümsəmə və möhkəm dişlər hər bir insanın arzusudur. Amma balanslaşdırılmamış qida, zərərli vərdişlər, dərman qəbulu, irsi meyillilik, təəssüflər olsun ki, dişlərdə problem şəklində meydana çıxır.
Ən çox rast gəlinən problem diş daşı və diş emalının saralmasıdır. Onu da qeyd edək ki, dişlərdə diş daşı yaranan kimi diş minasının rəngi tez bir zamanda saralmağa başlayır. Bu əlamət isə boğaz infeksiyasına, qinqivitə səbəb ola biləcək bakteriyaların artmasından xəbər verir.
Milli.Az medicina.az-a istinadən ev şəraitində diş daşından yaxa qurtarmaq üçün sadə və qənaətli üsul təqdim edir:
•Soda və duzu qarışdırın. Diş fırçasını isladın, daha sonra alınan qarışığa batırın və 5 dəqiqə ərzində dişlərinizi sürtün. •Eyni miqdarda hidrogen peroksid və suyu qarışdıraraq alınan məhlul ilə ağzınızı bir neçə dəqiqə qarqara edin. Daha sonra ağzınızı ilıq su ilə yaxalayın. •Sonra isə dişlərinizi diş sapının köməyi ilə təmizləyin. Təmzilədikdən sonra ağzınızı yaxalayıcı ilə yaxalayın. •Yenə də ilıq su ilə yaxalayın. •Proseduru 3 gündən bir gündə 1 dəfə olmaqla təkrar edin. Artıq 2 həftədən sonra dişləriniz ağarmağa və diş daşlarınız isə azalmağa başlayacaq.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.