banner
banner

İdman

Ağır atletimiz gümüş medal qazandı

Ağır atletimiz gümüş medal qazandı

Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı başa çatıb.

Trend-in məlumatına görə, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü də iştirak edib.

 

96 kq çəki dərəcəsində körpücük üzərinə iki atletimiz çxıb. Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub.

102 kq çəki dərəcəsində isə ölkəmizi Əliş Nəzərov təmsil edib. O, fəxri kürsüyə qalxmağı bacarıb. Nəzərov 309 kq (142+167) nəticə ilə gümüş medala sahib çıxıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.