banner
banner

Gündəm

Naxçıvanın baş nazirinin sabiq müavini “intiharından” danışdı

Naxçıvanın baş nazirinin sabiq müavini “intiharından” danışdı

Bu il iyunun 21-də vəzifəsindən uzaqlaşdırılan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədovun intihar etməsi xəbəri yayılıb. Məlumata görə, Asəf Məmmədov dekabrın 7 -də evində özünü asaraq həyatına son qoyub. Yayılan xəbərdə bildirilirdi ki, baş nazirin sabiq birinci müavininin intiharı haqda xəbər mümkün qədər geniş ictimaiyyətdən gizlədilməyə çalışılıb. Amma bu deyilənlər şayiə imiş. Dünən məsələ ilə bağlı Asəf Məmmədov özü danışıb. O, “Azinforum”a açıqlamasında intiharı ilə bağlı xəbərlərin doğru olmadığını deyib: “Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında həqiqəti əks etdirməyən şayiələr yaysın”.

O bildirib ki, jurnalistə də həmin yanlış xəbəri kimsə verib: “Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib, bizə dəyən mənəvi zərərin kompensasiyasını tələb edəcəm”.

A.Məmmədov vaxtilə Naxçıvan hakim elitasının ən güclü fiqurlarından biri kimi tanınırdı. Vasif Talıbovun inanılmış adamlarından hesab olunan Asəf Məmmədovun işdən qadın məsələsinə görə çıxarıldığına dair iddialar da yayılmışdı. Daha dəqiqi, yaşı 60-dan artıq olan baş nazirin sabiq birinci müavininin Bakıda tanış olduğu gənc bir xanımla münasibətlərinin qalmaqalla yekunlaşdığı, bundan xəbər tutan MR rəhbərinin onu vəzifəsindən azad etdiyi bildirilirdi. Bir çox yüksək vəzifəli məmur kimi Asəf Məmmədovun da “qara günləri” işdən azad olunmasından sonra başlamışdı.

Azpolitika.info-ya verilən məlumatda bildirilirdi ki, A.Məmmədovun vəzifəsindən azad olunmasından dərhal sonra onun fəaliyyəti təftiş olunmağa başlayıb və təbii ki, “xəyanət və cinayət” motivlərini aşkarlamaq o qədər də vaxt aparmayıb. Vaxtilə əhali arasında “tikinti naziri” kimi tanınan A.Məmmədova qarşı fakt tapmaq isə elə də çətin olmamışdı. Hər halda, qısa müddət sonra A.Məmmədovun barəsində bir sıra digər vəzifəlilərlə əlbir olaraq, tikinti və təhcizat məsələlərində “dəhşətli şişirtmələrə yol verdiyinə” və beləliklə də külli miqdarda dövlət vəsaitini mənimsədiyinə dair cinayət işinin açıldığı xəbəri yayılmışdı. Məsələn, məlum olmuşdu ki, real qiyməti 20-30 manatdan baha olmayan 1 küknar ağacını A.Məmmədov 250 manata rəsmiləşdirib. Hüquq-mühafizə orqanları tərəfindən bu səpkili faktların toplanmasından sonra Asəf Məmmədovla yanaşı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Yaşıllaşdırma İdarəsinin, Nəbatət Bağının rəhbərləri və digərləri vəzifələrindən uzaqlaşdırılaraq həbs olunmuşdu. Onlar təxminən 1 həftə istintaq altında saxlanıldıqdan sonra MR-i tərk etməmək şərtilə sərbəst buraxılmışdı. İstintaq davam edirdi. A.Məmmədovun vaxtaşırı istintaqa çağrılaraq, ondan muxtar respublikada həyata keçirilən tikinti işləri zamanı yol verilmiş korrupsiya faktlarına görə “etirafların” alındığına dair iddialar var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.