banner
banner

Gündəm

Bakı Metropoliteni yarmarka təşkil edir

Bakı Metropoliteni yarmarka təşkil edir

“Bakı Metropoliteni” QSC Yeni il ərəfəsində sərnişinlərini daha bir əhəmiyyətli layihə ilə sevindirəcəklər.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.

 

“Əl işləri yarmarkası” adlandırılan, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.

“Bakı Metropoliteni” QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.