Ukrayna Minsk razılaşmasını dəqiq yerinə yetirir. Bütün dünya bilir ki, razılaşmaya kim əməl etmir. Belə bir bəyanatı Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın ittihamlarına cavab olaraq verib. Prezident bildirib ki, Ukrayna tərəfi Donbasda sülhün bərpa edilməsi üçün mümkün oan hər şeyi edir. "İndi müharibə gedir. Amma sülh olacağına böyük ümid var. Və mən, Ukrayna prezidenti olaraq, Ukrayna dövləti olaraq sülhün bərqərar olması üçün mümkün olan hər şeyi edirik. Ancaq silah, tank, qrad və raketlərlə Ukraynanın ərazisini qaytarmaq mümkün deyil", - deyə Poroşenko bildirib. Preizdent bəyan edib ki, Ukrayna müdafiəyə hazırlaşır: "Biz romantik deyilik. Allah göstərməsin Ukraynaya fəal şəkildə hücum olunarsa, bütün gücümüzlə qarşılaşacaqlar və düşmənin ağzından vuracağıq". Qeyd edək ki, Rusiya tərəfi Ukraynanı Donbasa ağır texnika yeridərək Minsk razılaşmasını pozmaqda ittiham edib.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.