Əməkdar mədəniyyət işçisi, aparıcı Zaur Baxşəliyev canlı efir zamanı kobud səhvə yol verib. Z. Baxşəliyev aparıcısı olduğu "BizimləSən" verilişində bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda qaraciyər transplantasiyasının mümkün olmaması barədə yalan məlumat verib. O, Azərbaycanda qaraciyər və ürək transplantasiyasının mümkün olmadığı üçün çox təəssüfləndiyini qeyd edib: "Mən çox təəssüf edirəm ki, bu gün qaraciyərin, ürəyin köçürülməsi ilə bağlı ümidimizi xaricdə axtarırıq. İnşallah əminəm ki, elə bir gün gələcək ki, necə ki, böyrək transplantologiyası üçün heç yerə getmirik, Azərbaycandayıq, Respublika Diaqnostika Mərkəzindəyik, eyni zamanda, qaraciyərlərdə, ürəklərdə də getməyəcəyik. İnanın buna, bu müddət çox azdır. Hamı Azərbaycanda qalacaq. Bu, həm büdcə, həm maliyə baxımından çox önəmli rəqəmlərdir, biləsiniz. 125 min dollar hardasa 200 min manatadək pul edir. Bunlar niyə xaricə getməlidir ki... Qoy elə Azərbaycan da qalsın da, deyilmi? Ən azından məbləğlər aşağı olacaq". Məlumat üçün bildirək ki, Azərbaycanda qaraciyər transplantasiyası illərdir həyata keçirilir. Statistika Komitəsinin məlumatına görə, təkcə son beş ildə Azərbaycanda ümumi olaraq 991 orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Ümumi orqan köçürülməsi əməliyyatlarının 70 faizini böyrək köçürülməsi təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.