Fransanın Bordo şəhərinin yaxınlığında yerləşən Luçats kəndində fransız cütlüyün evində soyuducudan 5 uşaq cəsədi tapılıb. 13 və 15 yaşlarında iki qız uşağı olan ana 5 övladını öldürməkdə təqsirli bilinir. 40 yaşlı ata soyuducunu açarkən torbaya qoyulmuş 1 uşaq cəsədini görüb və polisə xəbər verib. Hadisə yerinə gələn polis soyuducunun buzxanasında daha 4 uşaq cəsədi aşkarlayıb. İfadəsi alınan ata uşaqlardan xəbərinin olmadığını deyib. Ana isə həbsxanada saxlanılıb. Kənd sakinləri hadisəni biləndə şoka düşüblər. Sakinlər ananın belə bir cinayət işlədəcəyinə inanmadıqlarını bildiriblər. Uşaqları doğan ananın körpələri öldürüb-ödürmədiyi araşdırılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.