"Mercedes Benz Fashion Week" İstanbul moda həftəsində "Red Beard" markasının yeni kolleksiyası moda həvəskarlarına təqdim edilib.
Sərhədləri aşan transparan paltarların diqqət çəkdiyi dəfilədə, tüklərdən ibarət olan və yalnız bədənin müəyyən hissəsini bağlayan kostyum gözə çarpdı.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.