banner
banner

İdman

Boksçularımız Neft Ölkələrinin Dünya Kubokunda 3 medal qazanıblar

Boksçularımız Neft Ölkələrinin Dünya Kubokunda 3 medal qazanıblar

Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib. Yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçilərimizdən Məhəmməd Abdullayev turniri qızıl medalla başa vurub. Doxsan bir kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 hesabı ilə məğlub edib.

 

Məhəmməd Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıblar. Boksçularımız yarışı üçüncü pillədə başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.

Beləliklə, Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət yığmamız komanda hesabında üçüncü yeri tutub. Ev sahibi Rusiya isə həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.