banner
banner

Sosİal

Onlar bayram günü çox yedilər və... - Təcili yardım

Onlar bayram günü çox yedilər və... - Təcili yardım

Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib ki, bu il bayram günlərində təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayı adi günlərlə müqayisədə 5-6 faiz artıb. Ancaq bu artım ötənilki Novruz bayramı günləri ilə müqayisədə azdır. Ötən il bayram günlərində olan çağırışların sayı orta göstərici ilə müqayisədə təxminən 15-20 faiz cox olmuşdu.
Z.Vahidova bildirib ki, bayram günlərdə əsas çağırışlar qan təzyiqinin artması, ürək ağrısı, mədə-bağırsaq pozğunluğu və s. ilə əlaqədar olub. Adi günlərlə müqayisədə bayram günlərində xroniki xəstələrə və uşaqlara görə edilən çağırışların sayı da artıb. Bu artım, əsasən, poliklinikaların bayram günləri ərzində işləməməsi ilə bağlıdır: “Xroniki xəstələr adətən adi günlərdə özlərinin qida rejimlərinə daha diqqətli olsalar və pəhriz saxlasalar da, bayram günlərində bu pəhrizi pozurlar. Belə xəstələrin güclü enerjili qida olan şəkərbura, paxlava və digər şirniyyatları, müxtəlif çərəzlər yeməsi onların səhhətinə mənfi təsir göstərib”.
Böyük həkim deyib ki, bu il bayram tonqalında yananların sayı da azalıb. İlaxır çərşənbə və Novruz bayramı günləri daxil olmaqla, ümumilikdə 6 nəfər tonqal ətrafında yanıb. Onların hamısının yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin tibbi yardım göstərilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.