banner
banner

Hərbİ

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair yeni sənəd imzalanıb

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair yeni sənəd imzalanıb

Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən iki ölkənin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, eləcə də “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” protokollar imzalanıb.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Mətin Gürakdır. Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.