Pakistan ordusunun Taliban yaraqlılarına qarşı keçirdiyi əməliyyatlarda 80-ə yaxın terrorçu məhv edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə general Asim Səlim Bajva açıqlama verib.
“Xeybər bölgəsinin Əfqanıstan – Pakistan sərhəddi yaxınlığında terrorçularla atışma baş verib. Hərbi aviasiya qüvvələrinin də dəstək verdiyi quru əməliyyatı zamanı Əfqanıstan tərəfə qaçan 80 Taliban yaraqlısı məhv edilib. İnsident zamanı 7 hərbçi ölüb”. Bajva həmçinin həmin əməliyyat zamanı 100 yaraqlının yaralandığını bildirib.
Ötən ilin iyun ayında Pakistan ordusunun Şimali Vəziristanda, oktyabr ayında isə Xeybər bölgəsində Taliban terrorçularına qarşı əməliyyatlara başlayıb. İndiyə qədər həmin əməliyyatlar zamanı 3 200 yaraqlının öldürüldüyü bildirilir.
Dekabrda isə taliblər Pəşavərdə bir məktəbə hücum edərək girov götürdükləri insanlardan 150 nəfərini öldürmüşdülər. Bundan sonra taliblərə qarşı keçirilən əməliyyatlar intensivləşmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.