Gündə 1 ədəd duzlu xiyar yedikdə beynimizdə nə baş verir?
Duza qoyulmuş tərəvəzlərin mövsumu artıq başlayıb. Bəzi alimlər duzluların orqanizmə mənfi təsir göstərdiyini qeyd etsə də, digər qismi onların faydalı tərəflərini açıqlayır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, duzlu xiyar nevroz zamanı yaxşı təsir göstərir. Hər gün 1 ədəd duzlu xiyar yesəniz, əsəbləriniz sakitləşəcək, depressiyaya az meyilli olacaqsınız. Bunun səbəbi isə marinad olunmuş tərəvəzlərin sakitləşdirici effektə malik olmasıdır.
Onları istifadə edərkən biz beynimizə xoşbəxtlik hormonu sintez etməsinə yardım edən fermentlər göndərmiş oluruq. Alimlərin apardıqları araşdırmanın nəticələrinə görə, mütəmadi olaraq şoraba istifadə edən insanlar daha az həyəcanlı və nevroza az meylli olurlar. 1 ay ərzində mütəmadi olaraq duza qoyulmuş tərəvəzlərdən istifadə etsəniz, əsəbləriniz poladdan olacaq.
Araşdırmaçıların fikrincə, daimi effekt əldə etmək üçün şorabalardan mütəmadi olaraq istifadə etmək lazımdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.