Müğənni Sibel Can ötən gün azərbaycanlı iş adamı Mübariz Mənsimovun ev sahibliyi etdiyi tədbirdə çıxış edib. Gecədə Bülent Eczacıbaşı, Fikret Orman, Orhan Gencebay, Hülya Avşar, Mahsun-Ece Kırmızıgül kimi tanınmış simalar da yer alıb.
Mərasimin ən maraqlı anı isə 12 ildir ifaçılıq sənətindən uzaq olan Mahsunun səhnəyə çıxması olub.
Sibel Canın dəvəti ilə səhnədə olan Kırmızıgül onunla bərabər "Mihriban" mahnısını oxuyub. Mahsun "12 ildir səhnəyə çıxmıram, bir az çətinlik çəkirəm, bərabər oxuyaq" deyərək mahnını Sibellə birlikdə səsləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.