İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub. Qol.az-ın məlumatına görə, son oyun günündə 1 qarşılaşma keçirilib. Yuxarı pillələr uğrunda mübarizə aparan "Tottenhem" səfərdə "Everton"un qonağı olub. Görüş qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran London klubu 3-cü sıradakı mövqeyini möhkəmləndirib. Turnir cədvəlinə 48 xalla "Liverpul" başçılıq edir. 44 xalı olan "Mançester Siti" isə 2-cidir. İngiltərə Premyer Liqası, 18-ci tur
23 dekabr
"Everton" - "Tottenhem" - 2:6 Qollar: Teo Uolkott, 21 (1:0), Son Xin Min, 27 (1:1), Dele Alli, 32 (1:2), Harri Keyn, 42 (1:3), Kristian Eriksen, 48 (1:4), Qilfi Siqurdsson, 51 (2:4), Son Xin Min, 61 (2:5), Harri Keyn, 74 (2:6)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb