banner
banner

Dünya

Ərdoğan Trampla telefon söhbətindən danışdı

Ərdoğan Trampla telefon söhbətindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla baş tutan telefon söhbətindən danışıb.

Trend-in məlumatına görə, T.Ərdoğan ABŞ prezidenti ilə telefon danışığı zamanı Suriyadakı vəziyyət üzrə daha sıx koordinasiya haqqında razılığa gəldiklərini bildirib: "Bu gün bizim ABŞ prezidenti Donald Trampla çox məhsuldar telefon söhbətimiz oldu. Telefon danışığı zamanı müxtəlif istiqamətlər üzrə koordinasiyamızın genişlənilməsi haqqında razılığa gəldik: ikitərəfli münasibətlərdən Suriyadakı vəziyyətə kimi. Ümid edirəm ki, bu danışıqlar bizim ölkəmiz və bütün region üçün faydalı olacaq".

Bundan əlavə T.Ərdoğan telefon danışığı zamanı Vaşinqtonun son addımlarından məmnun olduğunu və Türkiyənin ABŞ hərbçilərinin Suriyadan çıxarılması prosesinə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib.

 

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "uzun və məhsuldar" telefon danışığının olduğunu bildirmişdi.

Qeyd edək ki, dekabrın 19-u D.Tramp Suriyada İŞİD terrorçularının məölub edildiyini və ABŞ hərbçilərinin evə qayıdacağını bildirmişdi.

Daha sonra Pentaqon rəsmisi ABŞ-ın Suriyadan öz hərbçilərinin çıxarılması prosesinə başladığını bildirmişdi: "Koalisiya İŞİD terror qruplaşmasının nəzarət etdiyi bütün əraziləri azad edib, lakin İŞİD-ə qarşı kampaniya yekunlaşmayıb. Biz kampaniyamızın növbəti fazasına keçməklə əlaqədar öz hərbçilərimizin Suriyadan çıxarılması prosesinə başlamışıq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.