Aktrisa Hande Erçel və müğənni Murad Dalkılıç ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə iki qızla görüntülənən Muradı Hande İnstaqram hesabında əngəlləyib. Eyni zamanda Erçelin atası da Dalkılıçı izləmədən çıxarıb. Bununla tez-tez küsüb, barışan cütlüyün yenidən ayrıldığı ortaya çıxıb. Qeyd edək ki, bir müddət əvvəl Murad restoranlardan birindən iki qızla çıxıb. Paparazziləri görən ifaçı "Qızlar uşaqlıq dostlarımdır" deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.