Prodüser və aparıcı Acun İlıcalıdan boşanaraq gündəm olan Şeyma Subaşı indi də paylaşımları ilə təəccübləndirir.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılıqdan sonra qızı Melisa ilə bir müddət Londonda dincələn Şeyma vətəninə geri dönüb. O, ötən gün şəklini hesabında yerləşdirib və bu sözləri ilə hamını çaş-baş salıb: "Hər zaman bir plana ehtiyacımız olmaz… Bəzən sadəcə nəfəs almağınız, güvənməyiniz, buraxmanız və nə baş verəcəyini görməyiniz lazımdır". Subaşının bu sözlərini izləyicilər "Acuna mesaj göndərir" kimi dəyərləndiriblər. Qeyd edək ki, ötən il Acunla nikah masasına oturan Şeymanın bu nikahdan bir qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.