Müğənni Rihanna ayrıldığı deyilən milyarder sevgilisi Hassan Cəmillə görüntülənib. Bahalı bir restoranda görüşən cütlük eşqlərini hamıdan gizli saxlamağa üstünlük verir. Gec saatlarda məkandan çıxan Rihanna və Hassan paparazzilərə tuş gəlməmək üçün oranı tək-tək tərk ediblər. Daha sonra ikili onları gözləyən avtomobilə minərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, 2012-ci ildə Lina Lazardan boşanan Cəmil ondan sonra məşhurlarla münasibətdə olub. Rihannadan öncə Səudiyyə Ərəbistandan olan milyarder model Naomi Kempbellə sevgili imiş.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.