Yoldaşları tərəfindən döyülərək qətlə yetirilən 19 yaşlı erməni kursant Aykaz Barseqyanın ölümü ilə bağlı məhkəmə ekspertizasının nəticələri məlum olub. Ekspertizanın nəticələri təqdim edilsə də, vəkil Ara Zakaryan istintaqın gizliliyinə görə nəticələri açıqlamayacağını deyib. Onun sözlərinə görə, yeni ekspertizalar təyin ediləcək. Vəkil məhkəmənin psixoloji ekspertiza da təyin etməsinin mümkün olduğunu bildirib. Xatırladaq ki, bu il yanvarın 29-da Ermənistanın Vazqen Sarkisyan adına Hərbi institutun idman zalında 19 yaşlı kursant Aykaz Barseqyanın asılmış meyiti tapılıb. Sonradan onun döyülərək öldürüldüyü müəyyən edilib. Hadisə ilə əlaqədar içərisində onun hərbi xidmət yoldaşlarının da olduğu 5 nəfər həbs edilib. Həbs edilənlərdən biri Hərbi institutun zabiti - kapitan Artem Avetisyandır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.