banner
banner

Hərbİ

Düşmən ordu yenə itki verdi

Düşmən ordu yenə itki verdi

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daha bir erməni əsgəri öldürülüb.
Bu gün axşam saatlarında 17:45 radələrində Dağlıq Qarabağda Ermənistan ordsunun 1992-ci il təvəllüdlü Ayk Taranoviç Marqaryan adlı hərbi qulluqçusunun meyiti aşkarlanıb.
Ermənistan Müdafiə Nazirliyi əsgərin hansı şəraitdə öldüyünü açıqlamır.
Qeyd edək ki, Ermənistan ordusu son vaxtlar cəbhədə xeyli itki verir. Düşmən ordu təşvişə düşüb. Bu gün Andranik Araratoviç Qriqoryan adlı əsgər Azərbaycan Ordusuna təslim olub.
Xatırladaq ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.