Honq Konqlu aktyor Çou Yun-Fat açıqlaması və hərəkəti ilə dünya gündəminə düşüb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "Forbes"in 2015-ci ildə ən çox qazanan aktyorlar arasında olan Çou xeyriyyə fonduna 722 milyon dollar bağışlayıb.
"Pələng və əjdaha" filmi ilə daha çox şöhrət qazanan Yun "Pul sonsuzadək sahib olacağınız bir şey deyil. Ölməzdən əvvəl onu başqalarına verin. Öldükdən sonra bank hesabınızdakı pulların da dəyəri olmaz" deyib.
Qeyd edək ki, 63 yaşlı aktyor xeyriyyə əməlləri ilə tez-tez adından söz etdirir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.