Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya"nın yoxlama oyunu keçirəcyi rəqibləri açıqlanıb.
Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, yanvarın 22-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq komanda 5 yoxlama matçında qüvvəsini sınayacaq. Rəqiblərdən biri Ermənistanın "Pünik" klubudur. Bu komanda ilə qarşılaşma fevralın 1-də keçiriləcək.
"Aleksandriya"nın Antalya hazırlığı zamanı digər rəqibləri isə "Botev" (Bolqarıstan), "Arka" (Polşa), "Çerno More" (Bolqarıstan) və "Vardar" (Makedoniya) olacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb