Tramp bildirib ki, Kim Çen Inla ikinci görüşün yeri barədə danışıqlar aparır
ABŞ Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün yeri barədə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.
“Biz mümkün görüş yeri barədə danışırıq, ehtimal ki, yaxın vaxtda bəyan edəcəyik. Onlar da, biz də görüşmək istəyirik, görək nə alınacaq. Ancaq sanksiyalar qüvvədədir. Amma bizim Şimali Koreya ilə işlərimiz yaxşı gedir”, - Tramp bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.