Sabir Rüstəmxanlı barəsində yazılanlara etiraz etdi
Dünən "Azadlıq" radiosu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbəri, tanınmış ziyalı Sabir Rüstəmxanlı da daxil olmaqla bir neçə ziyalıdan bloqqer Mehman Hüseynovun aclıq aksiyası ilə bağlı münasibət öyrənib. Yazıda qeyd olunub ki, S.Rüstəmxanlı hazırda ölkədə olmadığını, müalicədə olduğunu, qayıdandan sonra bu barədə danışacağını deyib.
VHP sədri sözügedən yazıya sosial şəbəkədəki statusunda etiraz edib. Musavat.com ziyalının statusunu təqdim edir: ""Azadlıq" radiosu jurnalistinin, mən müalicə prosesində olarkən gələn zənginə qısa cavabımı yaydığını görəndə təəccübləndim. Çünki telefonda salamlaşmaq, hal-əhval tutmaq bir şeydir, müsahibə götürmək ayrı şey. Mən qarışıq bir yerdə gələn zəngə cavab verib demişəm ki, indi danışmaq imkanım yoxdur, xaricdəyəm. Hətta yerimi də demişəm ki, müalicədə oldugumu başa düşsün... Yaxşı başa düşüb! Görəsən bizim insanlığımız harda qaldı? Sağlıq diləmək əvəzinə, mənim əvəzimdən rəy də bildirib. Mən heç onun sualını eşitməmiş danışmaq imkanımın olmadığını bildirmişəm".
S.Rüstəmxanlı yazıb ki, Azərbaycanda gənc fəallara münasibəti bəhanə edib ziyaliları hədəfə çevirmək olmaz. Onun sözlərinə görə, bu riyakar yolla söydürülən adamlar bütün həyatlarını milli- mənəvi, siyasi dirçəlişimizə həsr ediblər, illər uzunu hüququ pozulanların müdafiəçiləri olublar, müdafi komitələrində və ya şəxs olaraq sözlərini deyiblər, çıxışlar ediblər, məktublar yazıblar və nəhayət çox vaxt öz hüquqları da pozulub: "Bizdə gənc fəallara münasibət gələcəyimizlə bagli məsələdir və hamımızı ciddi şəkildə narahat edir. Mən bu barədə fikrimi həmişə demişəm, bundan sonra da deyəcəyəm. Mehman Hüseynovun azadlığa çıxmasına az qalmış haqqında yeni ittiham irəli sürülməsi yolverilməzdir və mən bunu qətiyyətlə pisləyirəm. Lakin istərdim ki, o, aclığı dayandırsın və sağlamlığını qorusun. Dəfələrlə yazmışıq, bu gənclər bizim övladlarımızdır, sabahkı Azərbaycanın silah və fikir əskərləridir, onları sındırmaq xalqı, dövləti zəiflətməkdir və cinayətdir. Bu mənim mövqeyimdir və özünü milli- demokrat düşərgənin təmsilçisi sayan, mətbuatı izləyən hər kəs bunu bilir. Əlavə və yanlış rəy yaratmaq istəyənlər və bunu mənə qarşı kampaniyaya çevirənlər də bizi bu yolla mənəvi baxımdan əzməyə çalışırlar və onların Mehmanlara haqsız cəza verənlərdən heç bir fərqləri yoxdur".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.