banner
banner

Dünya

Qar Türkiyədə məktəbləri bağladı

Qar Türkiyədə məktəbləri bağladı

Türkiyənin 12 vilayətində güclü qar səbəbindən məktəblərdə dərslər dayandırılıb. Trend-in məlumatına görə, artıq 3 gündür ki, Türkiyədə aramsız qar yağır, İstanbulda güclü külək müşahidə olunur.

Türkiyənin Sivas, Amasiya, Çanaqqala, Balıkəsir, Bingel, Bitlis, Tünceli, Dənizli, Batman, Konya, İsparta və Ağrı kimi vilayətlərində məktəblərdə dərslər təxirə salınıb.

 

Qeyd edək ki, ötən gün yağan qar Van vilayətinin 295 yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olmuşdu.

Xatırladaq ki, artıq neçə gündür ki, İstanbul və Bursada əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz reysləri də təxirə salınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.