banner
banner

Sosİal

“İstedadlı müəllim” qovğası bitmir

“İstedadlı müəllim” qovğası bitmir

5 dekabr 2018-ci il tarixdə Təhsil İnstitutunun təşkilatçılığı və müvafiq rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) dəstəyi ilə “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib. Müsabiqə imtahanları riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə təşkil olunub.

Yayılan məlumatlarda bildirilir ki, imtahanların nəticələrinə görə, riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.

Müəllimlərin aşağı nəticələr göstərməsi ilk gündən xeyli müzakirələrə və tənqidlərə səbəb olmuşdu. Amma Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov modern.az-a açıqlamasında bu ittihamları aşağıdakı kimi cavablamışdı: “”İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqamətində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir. Ancaq təəssüflər olsun ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın qabaqcıl ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir".

İlgili resim

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a açıqlamasında yaranmış mənzərənin alt qatları ilə bağlı danışdı. Müsahibimiz öncə bildirdi ki, istedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsini keçirən Təhsil İnstitutunun (İnstitut uzun müddətdir ki, rəhbərsiz qalıb) saytında 29.11.2018 tarixli elan yerləşdirilib. Orada iştirakçılara 3 saat ərzində kağız formatda 20 qapalı tipli test tapşırığının təqdim olunacağı yazılsa da, müsabiqədə riyaziyyat, fizika, biologiya fənninin hər birindən 25 test tapşırığı, kimyadan 30 test tapşırığı, informatikadan 20 test tapşırığı təqdim olunub: “Bu, təşkilatçıların nə qədər qeyri-peşəkar və məsələdən anlayışlı, məsələyə ciddi yanaşdıqlarının göstəricisidir. Yəni elanda bir say, müsabiqədə başqa bir say ortaya çıxır. Yuxarıda qeyd olunmuş elanda da iştirakçıları nəyin gözlədiyini demişdilər. Yəni iştirakçılara deyilmişdi ki, sizə ixtisas fənnindən və çətinliyi artırılmış olimpiada tipli suallar təqdim olunacaq. Lakin nazirliyin əməkdaşları deyir ki, müəllimlər imtahana gələndə onlara necə suallar veriləcəyini bilmirdilər. Onlara xatırladım ki, BŞTİ qabaqcadan məktəblərə imtahanın könüllü olması, sualların məktəb proqramından kənar və xeyli çətin olacağı haqqında məlumat göndərmişdi. Hətta iştirakçı müəllimlərı yaxından məlumatlandırmaq məqsədilə onlara 2017-2018-ci il üçün keçirilən olimpiada suallarının nümunələri və olimpiada suallarının izahlı cavablarının olduğu xüsusi vəsait təqdim edilmişdi. Bu vəsaitlər haqqında BŞTİ-nin 18 nömrəli məktəbdə keçirdiyi iclasda məktəb direktorlarına ətraflı məlumat verilməsini də geniş pəncərədən dərindən baxanlara xatırladım. Müəllimlərin kifayət qədər məlumatı var idi ki, onları təkcə pul mükafatı gözləmir. Hətta imtahanda hər müəllim iştirak etmirdi, seçilmiş müəllimlər göndərilmişdi".

K.Əsədov eyni zamanda nazirlik əməkdaşının “Müəllimləri tənqid edənlər heç olimpiada sualı görməyiblər” açıqlamasına da toxunub: “Nazirliyin əməkdaşı həmçinin deyir ki, bu müsabiqədə onlar yeni müəllim tanıyıblar. O, Neftçala rayonunun Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi Seyran Səfərovdur. Adını o demədi, mənim müəllimim olduğu üçün yazıram. Cənab, mən ixtisasca tarixçiyəm və beynəlxalq olimpiadada bu ixtisas olmur. Amma buna baxmayaraq, mən istənilən tipli sual görmüşəm. Azı sizin respublika fənn olimpiadasında tarix fənnindən suallarınızın nə qədər primitiv, gülünc olduğunu deyə bilərəm. İngilis dilində 2 söz öyrənib özünüzü hər şeyi bilən hesab etməyin. Seyran Səfərov 1995-ci ildən hal-hazıra kimi Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı orta məktəbində müəllim işləyir və indiyə qədər öz şəxsi vəsaiti hesabına yüzlərlə respublika, beynəlxalq olimpiada qalibi yetişdirib. Yəni sizin onu tanımamağınız sadəcə, sizin, təhsildən, olimpiadadan nə qədər xəbərsiz olduğunuzu göstərir. Seyran Səfərov əməkdar müəllimdir, bir neçə dəfə ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olub”.

K.Əsədov dedi ki, müəllimlərdə yeni təfəkkür tərzinin formalaşmaması, keçmişin təsirindən uzaqlaşmamaları, köhnə dünyagörüşü ilə işləməsi fikri ilə müəyyən mənada razılaşmaq olar: “Təhsil müəssisələrinin rəhbərləri isə bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər. Söhbət şagirdlərə akademik biliklər verməkdən deyil, əmək vərdişləri, yaşamaq, dəyişən dünyaya uyğunlaşmaq bacarıqlarının aşılanmasından gedir”.

Ekspertin sözlərinə görə, əslində nazirlik ancaq formallıq xətrinə müəllimləri tədbirə dəvət edir, onları DQ, MİQ imtahanları ilə bir-birinə qarşı qoyur, onların problemlərində yanında olmurlar: “MİQ imtahanından keçib gedən müəllimin başına direktorlar problem açanda yanlarında olmursuz, onlara direktor az dərs saatı verəndə yanında olmursuz və s. Gəlim indi statistik məlumatlara:

2010-2016-cı illərdə beynəlxalq olimpiadalarda 111 medal qazanılıb. Ən çox medal riyaziyyat fənni üzrə qazanılıb.

2017-ci ildə keçirilən beynəlxalq riyaziyyat olimpiadalarında şagirdlər 1 qızıl, 8 bürünc medal, 2 həvəsləndirici sertifikat alıblar, amma 2018-ci ildə ali təhsilli, neçə illik stajı olan müəllimlər o tipli suallara cavab verməkdə çətinlik çəkiblər.

Maraqlıdır ki, 2016-2017-ci tədris ilində Tailandda keçirilən 49-cu kimya olimpiadasında 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanılıb. Amma 15 dekabrdakı imtahanda ali təhsilli müəllimlər bu nəticəni göstərə bilməyiblər müvafiq fənn üzrə.

2013-2017-ci illərdə beynəlxalq olimpiadalarda şagirdlər 3 qızıl, 21 gümüş, 85 medal qazanmaqla ümumilikdə 109 medal qazanıblar.

1994-2017-ci illərdə beynəlxalq olimpiadalarda şagirdlər 314 medal (28 qızıl, 80-i gümüş, 206 bürünc) qazanıblar.

2014-2015-ci tədris ilində 23 medal, 2015-2016-cı ildə 28 medal, 2016-2017-ci tədris ilində 38 medal əldə ediblər.

2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 38 medal qazanıblar. Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən aşağıdır.

Deməli, bu faktdır ki, ali məktəblərə qəbul imtahanlarının uğurlu nəticəsi təkcə məktəbdən kənar fəaliyyətin yox, həm də olimpiada göstəriciləri də təhsil sisteminin nəticəsi deyil. Çünki təhsil sistemində çalışanların nəticəsi onlardan aşağıdır. Biz hətta bu nəticələrlə DQ nəticələrini müqayisə edəndə xoşagəlməz bir mənzərənin şahidi oluruq".

Ekspert sonda həmçinin vurğuladı ki, informatika fənnindən beynəlxalq olimpiadada uğur yoxdur. Onun fikrincə, buna səbəb orta məktəblərdə tədrisin aşağı səviyyədə olması və ən əsası informatika fənninin qəbul imtahanında olmamasıdır: “Siz onsuz da 2014-2017-ci illərdə keçirilən müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən sonra onlar barədə məlumatlı idiniz. 2 il ərzində hansısa fantastik nəticənin olacağını gözləmək sadəlövhlük olardı”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.