banner
banner

Sosİal

Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?

Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?

Son zamanlar mənzillərə verilən təbii qazın xəbərdarlıq edilmədən kəsilməsi ilə bağlı abonentlərin şikayətləri artıb. Bakının əksər rayonlarda  zaman-zaman qaz xətlərində təmir-bərpa işlərinin  aparılması, müəyyən hallarda isə qəzaların baş verməsi səbəbindən bəzən hansısa qəsəbəyə gün ərzində qazın verilişi dayandırılır. Lakin bununla bağlı abonentlər birbaşa məlumatlandırılmadığından “sürpriz” hallarla qarşılaşırlar. Qış fəslində bu kimi halların insanların həyatında necə problem yaratması isə hər kəs üçün aydın olan bir məsələdir.

Mətbuatda hansısa rayonda təbii qazın verilişində müvəqqəti fasilənin  olacağı ilə bağlı məlumat getsə də, bu informasiyanı oxumayan abonentlər nəzərə alınmır. Bəzən isə təbii qazın verilişinin bərpasında xəbərsiz olan vətəndaşların evində təhlükəli vəziyyət yaranır.

Abonentlər təklif edir ki, təkcə təbii qazın deyil, su, elektrik və digər kommunal xidmətlərin verilişində yaranan problemlər, fasilələr barədə xəbərdarlıq təkcə mətbuatla deyil, SMS  vasitəsilə mobil telefonlara göndərilsin. Çünki hər evdə mobil telefon istifadəçiləri olduğundan bu halda məlumat daha əlçatan olacaq.

Məsələ  ilə bağlı “Yeni Müsavat”a danışan “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, hazırda abonentlərə SMS göndərilməsi üçün hər hansı texnologiyan mövcud deyil: “Planlı işlər görüldüyü zaman öncədən bütün təbii qaz istehlakçılarına məlumat verilir. Məlumatlar televiziya, radio, saytlar, yəni bütün kütləvi informasiya vasitələri ilə cəmiyyətə çatdırılır ki, əhalinin hansı təbəqəsi xəbəri haradan oxuyursa, oradan məlumat ala bilsin. Yalnız qəza halları istisna təşkil edir. Yeraltı və yerüstü qaz xətlərində hər hansı qəza baş verərsə bu da qısa vaxt ərzində aradan qaldırılır. Ancaq planlı işlər zamanı bir neçə gün öncədən məlumat verilir”.

Təbii qazın verilişinin bərpası zamanı mənzillərdə təhlükəli durum yaranması ilə bağlı məsələyə münasibət bildirən İ.Kərbalayev bununla bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin aparıldığını bildirdi: “Qaz cihazlarından istifadə olunduqdan sonra onlar vintildən, yəni qaz kranından bağlanmalıdır. Qaz xəttini açıq qoyub evi tərk etmək olmaz. İstehlakçılarımız bu barədə yetərincə məlumatlıdırlar. Gecə yatarkən, mənzili tərk edərkən qaz cihazlarını yanılı vəziyyətdə qoymaq olmaz. Kombi tipli qaz cihazlarında isə avtomatlaşmış bir sistem var ki, qaz kəsildikdə və yenidən verildikdə avtomatik olaraq bağlanır. SMS göndərilməsi ilə bağlı isə hazırda elə bir sistem mövcud deyil”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.