Ermənistan parlamentinin bu gün keçirilən iclasında "Gümridə Avetisyan ailəsinin qətlinin qınanması haqqında" bəyanat layihəsinin gündəliyə salınması rədd edilib. Sənəddə ittiham edilən, Rusiya hərbi qulluqçusu Valeri Permyakovun törətdiyi qətlə görə Ermənistan məhkəməsinə çıxarılması tələb olunurdu. Müzakirələrin gedişatında parlamentin müxalifət fraksiya üzvləri bildiriblər ki, onlar bəyanatın qəbulunu dəstəkləyirlər, amma onu tamamlamaq üçün müvəqqəti geri götürməyi təklif ediblər. İclasda sənədin gündəliyə salınması üçün 42 deputat lehinə səs verib, 1 nəfər bitərəf qalıb. İqtidarda olan Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan bildirib ki, bu məsələ ilə istintaq məşğul olur və biz hüquq-mühafizə orqanlarının işinə qarışmaq istəmirik: "Bizdə siyasi saxtakarlar qarşısından qaçmaq arzusu yoxdur". Bəyanat layihəsini İrs Partiyasından olan qərbyönümlü deputat Zarui Postandjyan təqdim edib və bu, parlamentin dövlət-hüquqi məsələləri komissiyasında müsbət qarşılanmayıb. "Daşnaksutyun" partiyasının deputatı Arsvik Minasyan deyib ki, komissiyanın üzvləri müəllifdən sənəd layihəsini müvəqqəti geri götürməyə xahiş ediblər. Çünki sənədə bəzi düzəlişlər əlavə olunmalıdır. Xatırladaq ki, bu il yanvarın 12-də Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri ikiyaşlı qız daxil olmaqla 6 nəfəri avtomatla güllələyib. Qətldə şübhəli bilinən Valeri Permyakov Türkiyə sərhədində saxlanılıb və ifadə verib. Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ermənistana mümkün köməyi və dəstəyi göstərməyə söz versə də, ortalıqda konkret heç nə yoxdur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.