Amerikalı müğənni Teylor Svift adının keçdiyi iki porno saytı alıb. Axşam.az “Hollywood Reporter”ə istinadən xəbər verir ki, müğənninin TaylorSwift.porn və TaylorSwift.adult adlı iki porno saytı nə məqsədlə istifadə edəcəyi bəlli olmasa da, onları “problem yaşamamaq üçün” aldığını deyib. Məşhur müğənni və markaların haqlarını qoruyan “Internet Corporation for Assigned Names and Numbers” adlı quruluş başqa tanınmışların da bu cür saytlarının olduğunu bildirib. Saytların iyunun 1-dən satışa çıxarılacağı gözlənsə də, Svift daha tez davranaraq onları əldə edib. Saytların 2500 dollara olduğu təxmin edilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.