Müğənni İbrahim Tatlısəsin keçmiş xanımı, oğlu İdonun anası Dərya Tuna sənətçinin səhhəti ilə bağlı şad xəbər verib. Tuna açıqlamasında “İbrahim çox yaxşıdır. Özü ilə danışdım. Xəstəxanada İdo ilə gəzir” deyib. Artıq palataya köçürülən İ.Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız da müğənni və 2 yaşlı qızı Elif Ada ilə Mayamidə əməliyyatdan öncə xəstəxananın həyətində çəkilmiş fotosunu paylaşaraq yazıb: “Hər şey yolundadır. Dualarınızla daha yaxşı olacaq, inşallah”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.