Əməkdar artist Elza Seyidcahan iki müğənnini məhkəməyə verib.
İfaçı bu haqda “Onlar”da deyib:
“İki müğənni var: birini polisə şikayət etmişəm, digərini məhkəməyə vermişəm. Biri qızdır, digəri oğlan. Onlara sənətçi belə deməzdim. Müğənni olmaq istəyirlər. Mənim ünvanıma təhqiramiz sözlər yazıblar. Belə insanlar ailə tərbiyəsi görməyiblər. Mənim uşaqlarım özündən böyük birini təhqir etsə, onları övladlıqdan çıxardaram. Həmin insanların adlarını çəksəm, onlar üçün şərəf olar. Belələri Elza Seyidcahanın, əməkdar və xalq artistlərinin adını çəkəndə “Bismillahir” deməlidirlər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.