Prodüser Mustafa Uslu Burak Özçivitdən üzr istəyərək küsülülüyə son qoyub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun Özçiviti mükafat almasına görə tənqid etməsi və nəticədə ikili arasında gərginlik yaranması olub.
Mustafa açıqlamasında Fahriyenin hamilə olduğu üçün Burakdan üzr istədiyini deyib.
Qeyd edək ki, Uslu aktyor haqda bunları demişdi:
"İl ərzində hansısa layihədə yer almayan birinin mükafalandırılmasındansa, Timuçin Esenin burada olmasını istərdim".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.