Acun Ilıcalı model Merve Büyüksaraçla olan məhkəməsindən qalib olaraq ayrılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hakim Ilıcalını haqlı hesab edib və Merveryə 25 min lirə (Təxminən 7800 AZN) pul cəzası verib. Qeyd edək ki, ikili arasında gərginlik "Survivor 2012" yarışmasında başlamışdı. Belə ki, oyuna iştirakçı kimi qatılan Büyüksaraç yarışmadan çıxdıqdan sonra bir neçə açıqlama vermişdi. O, "Adada ac deyildik. Bizə yemək verilirdi" sözlərini demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.