Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, müğənni Murad Dalkılıçdan boşandıqdan sonra tez-tez saç düzümü və rəngini dəyişən aktrisa yenidən əvvəlki görünüşünə geri dönüb.
O, saçlarını uzadaraq qaraya boyadıb və çox vaxt istifadə etdiyi qırmızı dodaq boyasından çəkib. Merve yeni imicini öz kosmetikasını tanıtmaq üçün çəkdirdiyi fotosessiyada nümayiş etdirib.
Çəkilişdən bəzi fotolar sosial şəbəkədə paylaşılıb. İzləyicilər Boluğuru bu tərzdə daha çox bəyəndiklərini qeyd ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.