Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib ki, ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumuna gedəcək nümayəndə heyətinin səfərini ləğv edib.
Trend-in məlumatına görə, daha əvvəl Davos İqtisadi Forumunda ABŞ-ı maliyyə naziri Stiven Mnuçinin reəhbərlik etdiyi nümayəndə heyətinin təmsil edəcəyi gözlənilirdi.
Sara Sanders bəyan edib ki, Prezident Tramp nümayəndə heyətinin Davosa səfərinin ləğv edib.
Bundan əvvəl Ağ Ev nümayəndəsi səfərin baş tutacağı barədə vəd edirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.