banner
banner

Sağlamlıq

Yata bilməyən beynin dəhşətli fəsadları

Yata bilməyən beynin dəhşətli fəsadları

Bir-birinin ardınca bir neçə gecə yuxusuz qalmaq insan beynini ən azı 5 il qocaldır. Üstəlik bu prosesə start verilməsi üçün cəmi bir gecə yuxusuz qalmaq kifayətdir.

Amerikalı mütəxəsisslər müəyyən edib ki, yata bilməyən beyin gücləndirilmiş iş rejimi ilə işləyir ki, bu da onu vaxtından əvvəl yorur və beyində qısa müddətdə çox sayda neyron ölür. Bununla həm də insan ömrü qısalmış olur.

Üstəlik proses təkcə qocalma ilə yekunlaşmır. Bundan başqa yaddaş zəifləyir, insan qərar qəbuletmə bacarığını itirir, aqqressivləşir. Hətta ifrat yuxusuzluq ölümlə də nəticələnə bilər. Araşdırma müəllifi deyir ki, yuxusuzluq həm də beyin zəhərlənməsinə səbəb ola bilər. Çünki insan yatan zaman beynində zəhərli maddələrdən  təmizlənmə gedir.

Yeri gəlmişkən, yuxunun təkcə müddəti deyil keyfiyyəti də əsasdır. Alimlər bildirir ki, yuxunun insan orqanizmi üçün faydalı olması sakit və rahat yerdə yatmaqdan da çox asılıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.