"Barselona" "Ayaks"ın futbolçusunu 75 milyon avroya transfer edib
Amsterdamın "Ayaks" klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın "Barselona" komandasında davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə "göy-qırmızılar"ın rəsmi saytı məlumat yayıb.
Klublar 21 yaşlı hollandiyalının transferi barədə razılığa gəliblər. Futbolçu iyulun 1-dən "Barselona"nın üzvü olacaq.
Transferin dəyəri 75 milyon avro təşkil edir. Oyununçu uğurlu çıxış edəcəyi təqdirdə "Ayaks" əlavə 11 mln. avro bonus ala bilər. Yayda de Yonq "Barselona" ilə 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb