banner
banner

Dünya

ABŞ-dan İsrailə zərbə

ABŞ-dan İsrailə zərbə

Amerika Birləşmiş Ştatları nümayəndəsi çıxışında İsrailin narazılığına səbəb ola biləcək sözlər söyləyib. 
Ağ Ev aparatının rəhbəri Denis Makdono İsrail-Fələstin məsələsinin həllindən danışarkən iki dövlətin sərhədlərinin 1967-ci ilə qədərki vəziyyətə uyğun müəyyən edilməsinin vacibliyini bildirib. 
“Təxminən 50 ildir davam edən işğal sona çatmalıdır. Fələstinlilər müstəqil bir ölkədə yaşamaq, özlərini idarə etmək haqqına sahib olmalıdır”, - deyə Ağ Ev rəsmisi İsrailə xoş olmayan sözlər işlədib. 

O, bu fikirləri iki ölkə arasında sülhü dəstəkləyən yəhudi lobbisi qurumu olan “Cey Srtit”in təşkil etdiyi konfransda səsləndirib. 
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama özünün xarici siyasət məsələləri üzrə köməkçisi işləyən Denis Makdonounu iki il əvvəl Ağ Ev aparatının rəhbəri təyin edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.