Çelsi" futbol klubu İngiltərə Kubokunun yarımfinal oyunun cavab qarşılaşmasında öz meydanında "Tottenhem"ə qalib gəlib.
Trend-in məlumatına görə, "Çelsi" oyundan sonrakı penlatilər seriyasında üstün olub (4:2). Əsas vaxt 2:1 hesabı ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində N'Qolo Kante (27-ci dəqiqə), Eden Azar (38-ci dəqiqə) fərqləniblər. "Tottenhem"in yeganə qolunu isə Fernando Lyorente vurub (50-ci dəqiqə).
Xatırladaq ki, ilk oyunda "Tottenhem" öz meydanında 1:0 hesabı ilə qalib gəlib.
Final qarşılaşması fevralın 24-də "Uembli" stadionunda keçiriləcək. "Çelsi" ilə "Mançester Siti" üz-üzə gələcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb