Azərbaycan müdafiə nazir Zakir Həsənovun ötən gün səsləndirdiyi bəyanat onsuz da qorxudan tir-tir əsən ermənilər arasında panikanı bir qədər də artırıb. İş o yerə çatıb ki, Dağlıq Qarabağı işğal altında saxlayan separatçılar cəsarətli görünmək üçün misilsiz səviyyədə fantastik bəyanatlar verməyə başlayıblar. Belə bəyanatlardan biri separatçı Qarabağ rejiminin üzvlərindən biri, “Voskanapat” analitik mərkəzinin rəhbəri Levon Melik-Şahnazaryandan gəlib. Müdafiə nazirimizin "Ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər" ifadəsi o qədər sarsıdıcı olub ki, Məlik-Şahnazaryan sərsəmliyinə görə görünməmiş fikir səsləndirib. Erməni separatçı Dağlıq Qarabağa yerləşdirilmiş erməni silahlı birləşmələrini dünyanın ən güclü iki ordusu-ABŞ və Rusiya ilə müqayisə edib. Erməni baron Münhauzen hətta bir qədər də irəli gedərək ermənilərin ABŞ ordusu ilə döyüşəcəyi təqdirdə düşmənə başağrısı ola biləcəyini də deyib. Nə demək olar... Erməni separatçıların reallığı görməyərək, fantastik bəyanatlar səsləndirməsi pik həddə çatıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.