banner
banner

Sosİal

182 min manatlıq dələduzluqla bağlı MƏLUMAT

182 min manatlıq dələduzluqla bağlı MƏLUMAT

Bakıda Dövlətqaçqınkomun adından sui-istifadə edən Vüsalə Saleh qızı Mirzəyevanın dələduzluq əməlləri ifşa olunub.

Lent.az-ın Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Füzuli rayonundan məcburi köçkün, Bakı şəhəri Müşfiqabad qəsəbə sakini Fatma Səfəralı qızı Cabbarova Dövlətqaçqınkoma ərizə ilə müraciət edərək V.Mirzəyevanın dələduzluq əməlindən şikayət edib.

F.Cabbarova ərizəsində göstərib ki, keçən il təsadüfən tanış olduğu V.Mirzəyeva özünü Cəbrayıl rayon icra hakimiyyətinin işçisi kimi təqdim edərək məcburi köçkünlər üçün salınan qəsəbədən onlara mənzil düzəldə biləcəyini bildirib.

F.Cabbarova rəfiqəsinin də mənzilə ehtiyacı olduğunu söyləyib və rəfiqəsi ilə danışıb ona cavab verəcəyini qeyd edib. Bir müddətdən sonra F.Cabbarova daha bir neçə nəfərlə “Qızıl tac” restoranının yanına gələrək onları Vüsalə ilə görüşdürüb. Razılıq əldə olunduqdan sonra V.Mirzəyeva müxtəlif vaxtlarda onlardan ümumilikdə 182 min manat alaraq ev düzəltməyə söz verib.

V.Mirzəyeva adları məlum olmayan daha 3 nəfərlə birlikdə saxta yolla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini, hətta evlərinin açarlarını da hazırlayaraq 7 ailəyə Mehdiabad qəsəbəsində, 18 ailəyə isə Müşviqabad qəsəbəsində mənzil verəcəyini vəd edib. Lakin bir müddət keçəndən sonra onlara ev verilmədiyini görən və verilmiş sənədlərin saxta yolla hazırlandığını dərk edən məcburi köçkünlər pullarını geri qaytarmaq məqsədilə V.Mirzəyevanı axtarmağa başlasalar da, onu tapa bilmirlər. V.Mirzəyevanı tapa bilmədikləri üçün ortada vasitəçilik missiyası daşıyan F.Cabbarovanın üstünə düşürlər.

F.Cabbarova V.Mirzəyevanı taparaq çətinliklə də olsa, verilən puldan 97 min manatını müxtəlif vaxtlarda sahiblərinə ödətdirə bilir. 87 min manat isə hələ də qaytarılmayıb.

İndi Fatma Cabbarova ona köməklik göstərilməsi üçün bu cinayətkar dəstənin üzvlərinin cəzalandırılmasını tələb edir.

Faktla bağlı hüquq-mühafizə orqanları artıq hərəkətə keçib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.