Rusiya ilə Cənubi Osetiyanın Sxinvali regionunun de-fakto hakimiyyəti arasında müttəfiqlik və inteqrasiya haqqında imzalanmış müqavilə Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü pozur. Bunu Gürcüstanın xarici işlər naziri David Kereselidze bildirib. O keçirdiyi brifinqdə deyib ki, bu müqavilənin imzalanması ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş addımdır və Abxaziya regionu kimi, Sxinvali regionunun da faktiki işğalı və zəbt edilməsidir. XİN rəhbəri beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının belə hərəkətlərinə lazımi qaydada reaksiya verməyə çağırıb.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.