banner
banner

Dünya

ABŞ-da güllələnməklə edam cəzası bərpa edildi

ABŞ-da güllələnməklə edam cəzası bərpa edildi
ABŞ-ın Yuta ştatı ölkədə cinayətkarların güllələnməklə edam ediləcəyi ilk ştat olacaq. Müvafiq qanunu ştatın qubernatoru Qeri Qerbert artıq imzalayıb.
Qubernatorun sözlərinə görə, edamın bu forması ehtiyat variant sayılır və zəruri maddələrin çatışmazlığı zamanı ölümcül inyeksiyanı əvəz edəcək. Belə bir qərar ştat Senatı üzvləri tərəfindən hökumətin ölümcül inyeksiya üçün preparatlar almaqda çətinlik çəkməsi səbəbindən qəbul edilib. 
Respublikaçı-senator Pol Reyin fikrincə, güllələnmə - daha humanist edamdır, nəinki inyeksiya. Qanunun əleyhdarları isə bunu “geriyə böyük bir addım” hesab edirlər.(musavat)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.