banner
banner

İqtİsadİyyat

SOCAR büdcə ödənişlərini 6 faizdən çox artırıb

SOCAR büdcə ödənişlərini 6 faizdən çox artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəyib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6,2% artıb.

Bundan əlavə, SOCAR hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 172 milyon 469 min manat vəsait ödəyib ki, bu da 2017-cı ilin analoji dövrü ilə müqayisədə 10,6% artım təşkil edib.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev şirkətin gəlirliliyinin artması ilə bağlı deyib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutuaraq, SOCAR inteqrasiya olunmuş müasir qlobal enerji şirkətinə çevrilməsi və əməliyyat effektivliyinin artırılması istiqamətində son 10 ildə bir çox zəruri islahatlar həyata keçirib, o cümlədən göstərdiyi xidmət və istehsal etdiyi əmtəə növlərini bütün dəyər zənciri üzrə şaxələndirməyə başlayıb. Məhz vaxtında görülmüş səmərəliləşdirici tədbirlərin nəticəsidir ki, bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu gün Azərbaycanın qlobal brendi SOCAR artıq gəlirlərinin böyük hissəsini xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin rifahı naminə təkrar sərmayə qoyur, dövlət büdcəsinə ödənişlərini ilbəil artırır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri" ilə müəyyən edilir.

Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA

AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.

Yeni qərar bazarı silkələdi: Azərbaycanda ət bahalaşacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyub. Məhdudiyyətə səbəb Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin qeydə alınmasıdır. Ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar çoxdur.

Dollar ucuzlaşdı

Moskva birjasında dolların məzənnəsi 93 rubldan aşağı düşüb.

Bankların kredit fırıldağı - Müştərini belə aldadırlar

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və cəlbedici şərtlərlə təklif olunan kreditlərlə bağlı zamanla problemlər meydana çıxır. Əksər hallarda, kredit kartından istifadə etmiş vətəndaş ödəməli olduğu vəsaitin üzərinə faizin gəldiyini görür. Lakin çox vaxt faizlər müqavilədə qeyd olunan tarixdən daha tez tətbiq olunur. Bu isə kredit götürmüş vətəndaş üçün müəyyən problemlər yaradır.