banner
banner

Dünya

NATO-nun baş katibi Gürcüstana səfər edəcək

NATO-nun baş katibi Gürcüstana səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq mart ayında Gürcüstana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirələr aparmaq, əməkdaşlığı daha da möhkəmləndirməkdir. Baş katib, mart ayında Gürcüstanda keçiriləcək “NATO-Gürcüstan: 2019” hərbi təlimlərini də izləyəcək. Gürcüstanın NATO-ya üzv qəbul olunmasına toxunan Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm ölkə, həm də Alyans qərar verməlidir. Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, baş katiblə yanaşı, Alyansın digər yüksək vəzifəli rəsmiləri də Gürcüstana səfər edəcəklər.

“Məqsəd NATO-Gürcüstan əməkdaşlığını daha da genişləndirməkdir. Bununla bağlı il ərzində bir neçə qarşılıqlı səfər nəzərdə tutulur”, – deyə D.Zalkaliani vurğulayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.