banner
banner

İdman

İtən təyyarədən qalıq tapıldı

İtən təyyarədən qalıq tapıldı

Uelsin "Kardif" klubunun yeni transferi  Emiliano Salanın da içində olduğu itən təyyarəyə aid ola biləcək hissələr tapılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, araşdırmaçılar Kotentin yarımadasında yerləşən Suraynvill çimərliyində təyyarəyə  aid olduğu güman edilən oturacaqların iki balışını tapıblar. Təyyarənin qalıqlarını tapmaq üçün suyun altında araşdırmaların davam edəcəyi açıqılanıb. Ancaq əlverişsiz hava şəraiti səbəbindən axtarışlara istirahət günlərindən sonra başlanacaq və üç gün davam edəcək.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında çıxış edən "Kardiff" Emiliano Salanı "Nant"dan 20 milyon avroya transfer edib. Argentinalı hücumçu yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.