"Futbolçularda yüksəliş var" - millimizin baş məşqçisi
“Bu təlim-məşq toplanışında ən güclü komandaya qarşı oynadıq. Düsünürəm ki, bizə lazım olan taktiki oyun planına uyğun oyun nümayiş etdirdik. Bütün futbolçulardan razı qaldım. Bizə məhz belə sürətli, yüksək tempə uyğun oyunlar lazımdır. İstər fiziki, istərsə də taktiki planda rəqibdən geri qalmadıq".
Qol.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd bu gün Antalyada Rusiyanın “Dinamo-2” (Moskva) komandası ilə qolsuz bərabərə qaldıqları oyundan sonra AFFA-nın saytına deyib.
O, futbolçularda yüksəliş olduğunu bildirib: "Meydanda məşqlərdə çalışdığımız tapşırıqları yerinə yetiririk. Futbolçularda yüksəliş var. Futbolçuların çoxu başqa ölkə komandalarının transfer siyahısına düşüb. Həqiqətən onlar gördükləri işə görə buna layiqdirlər”.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb