banner
banner

Sosİal

Quduzluq əleyhinə tədbirlərə başlanıldı VİDEO

Quduzluq əleyhinə tədbirlərə başlanıldı

Quduzluq əleyhinə təcili tədbirlərə başlanılıb. Tədbirlərə ilk olaraq Balakən meşələrində start verilib. Məqsəd buradakı sahibsiz itləri vaksinasiya etmək və bu yolla kənd sakinlərini və təsərrüfatları qorumaqdır. Rayonun 22 kəndinə vaksinlər paylanıb və lazımi yerlərə qoyulması artıq başa çatdırılıb. Ümumilikdə rayona 6500 "Primanka" vaksini gətirilib. Peyvəndləmədə məqsəd ət yeyən heyvanlar arasında təhlükəli quduzluq xəstəliyinə qarşı qabaqlayıcı tədbirlərin görülməsidir. Əsasəndə yaşayış məntəqələrinə yaxın olan meşələrdə yaşayan heyvanlara qarşı görülən bu tədbirlər respublikada ilk dəfə olaraq həyata keçirilir.

Qeyd edək ki, bu cür tədbirlər Zaqatala, Qax, İsmayıllı ilə yanaşı Bakı, Sumqayıt və Abşeronda da həyata keçiriləcək.  Bu  məqsədlə əlli min doza vaksin alınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.