Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın XXXIX konqresi keçirilib. Konqresdə qurumun prezident seçkiləri keçirilib. Hazırda quruma rəhbərlik edən Mişel Platini postunda qalıb. Əfsanəvi fransalı futbolçu bu gün növbəti dəfə UEFA prezidenti seçilib. UEFA-nın Konqresində keçirilən seçki zamanı Platini prezidentliyə yeganə namizəd olub və 3-cü dəfə bu postu tutmağa layiq görülüb. 60 yaşlı Platini qarşıdakı 4 ildə də Avropanı birləşdirən quruma rəhbərlik edəcək. Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya başçılıq edir.(anspress)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.